Polşada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Yusif Nəzərli
13:48 25.02.2023
Gündəm
331
Polşada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasim Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və “Arts Council Azerbaijan” QHT-nin dəstəyi ilə keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə xaincəsinə basqın edərək törətdiyi soyqırımından, dinc şəhəri yerlə-yeksan etməsindən danışıb. Bu qırğın nəticəsində şəhərin 613 silahsız sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirib. 56 nəfər son dərəcə amansızlıqla qətlə yetirilib.
Səfirin sözlərinə görə, həmin gecə baş verənlər insan hüquqlarının pozulması və insanlığa qarşı cinayətdir və bunu “Humans Rights Watch” təşkilatının müstəqil hesabatları da təsdiq edir. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında bunu hərbi cinayət və insanlığa qarşı cinayət adlandırıb.
Öz növbəsində, “Arts Council Azerbaijan” ictimai təşkilatının rəhbəri, rəssam Dadaş Məmmədov burada təşkil olunan “Xocalı harayı” sərgisi və onun müəllifi, Xocalı faciəsinə bütöv bir silsilə rəsm əsərləri həsr etmiş Nazim Məmmədov haqqında danışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə