Prezident Ərdoğan: İran böhranındakı mövqeyimiz aydındır

"Türkiyə başqasının zərərini öz qazancı kimi görmür "

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan AK P-nin Konqres Mərkəzində təşkil olunan iftar mərasimində bildirib ki, Türkiyə başqasının zərərini öz qazancı kimi görmür və başqalarından mənfəət götürmək niyyətində deyil. Sherg.az xəbər verir ki, o qeyd edib:

“İran böhranındakı mövqeyimiz tam aydındır. Türkiyə hər zaman müharibənin yox, sülhün, qarşıdurmanın yox, diplomatiyanın, xaosun yox, sabitliyin tərəfdarıdır. Artıq bölgədə göz yaşları dursun, münaqişələr bitsin, sülh və əmin-amanlıq hökm sürsün.”

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə regionda atəşin genişlənməsinin qarşısını almaq, tərəfləri yenidən danışıqlar masasına gətirmək üçün intensiv səylər göstərir və regionda sabitliyi təmin etmək istəyir.

O, eyni zamanda, Türk xalqının və partiya üzvlərinin birliyi və həmrəyliyinin bu çətin dövrlərdən çıxmaqda ən böyük dəyər olduğunu bildirib.