Prezidentin köməkçisi seçki komissiyalarının üzvlərinə xəbərdarlıq edib
07:57 10.07.2024
Gündəm
304
Ənənəvi olaraq biz sizinlə əvvəlki seçkilərdə olan nöqsanları danışmışıq.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Zeynal Nağdəliyev bildirib ki, indi də bunu danışmalıyıq ki, seçkiləri ədalətli keçirə bilək: “Seçkidə nöqsanların xırdası yoxdur, bütün nöqsanları müzakirə edirik. Nöqsanların təkrarlanmaması bizə Prezident tərəfindən verilən tapşırıqdır. Bu il keçirilmiş Prezident seçkiləri zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən bizə məlumat daxil olub. Veb-kameralar da bizə xeyli çatışmazlıqları da göstərib. 65 və 77 saylı dairə seçki komissiyalarının sədrləri, Şəki şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrindən azad edilib. Bu nöqsanların seçkinin nəticəsinə təsiri olmayıb. Amma biz yol verməməliyik ki, bu kimi hallar bizim gələcəkdə keçirilən seçkilərə təsir etsin. Məntəqə seçki komissiyasından tutmuş dairəyə qədər bu iş elə qurulmalıdır ki, hər kəs çalışmalıdır ki, zərrə qədər nöqsana yol verilməsin”.
Oxşar xəbərlər
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya