"Priqojin öldürülməsə, Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək" - ŞƏRH
09:35 24.06.2023
Gündəm
356
Kreml sahibi Vladimir Putin üçün yolun sonu görünməyə başladı. Putin çıxışında təsadüfən 1917-ci ili xatırlatmadı. Putin ikinci Nikolayın yolu ilə gedir.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Vaqner”in Rusiyada qiyamı və Vladimir Putinin xalqa müraciəti haqda bildirib.
O qeyd edib ki, İkinci Nikolay gərəksiz halda “serb qardaşlarımıza dəstək” bəhanəsiylə Rusiya imperiyasını Birinci Dünya müharibəsinə daxil etdi:
“Müharibədə Rusiya imperiyasının vəziyyəti ağırlaşdı, itkiləri artdı, iqtisadiyyat çökdü, bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ keçirdilər, İkinci Nikolayı da ailəsi ilə güllələdilər. 100 ilin hadisələri ilə bugünkü hadisələr arasındakı fərq sadəcə bundan ibarətdir ki, bolşeviklər İkinci Nikolayın düşməni idilər, “Vaqner” muzdlu qruplaşması və qruplaşmanın rəhbəri Priqojin isə Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir.
Priqojin son aylarda müharibə haqqında real vəziyyəti söyləyənlərdən biri idi. Priqojin yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə, Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək. Müharibə və ordu haqqında doğruları söylədiyinə görə Rusiya cəmiyyətində və orduda Priqojinə rəğbət artmışdı. Putin köhnə dostunu dayandıra bilməsə, vəziyyət Kreml sahibi üçün qəlizləşəcək.
Mövcud durum Qərbin, Ukraynanın və nə gizlədək, Azərbaycanın da maraqlarına cavab verir. Rusiyanın başı özünə qarışmalıdır ki, əlini qonşu ölkələrdən çəksin. Rəhmətlik öndərimiz Məhəmməd Əmin Rəsulzadə demişkən, Rusiya zəiflməyənə qədər qonşu dövlətlərə rahat həyat olmayacaq. Putin Priqojini bir yolla neytralşdırsa belə, Rusiyanın Ukraynadakı müharibəni əvvəlki güclə aparması çətinləşəcək. Rusiya cəmiyyətində həm Putinə inam azalacaq, həm də müharibədən yorğunluq özünü göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə