Putin dedi ki, heç bir addım atmayacağam - Ərdoğan
Putin dedi ki, heç bir addım atmayacağam - Ərdoğan
Yusif Nəzərli
15:19 05.09.2023
Gündəm
418
BMT Baş katibi Antonio Quterreş Rusiyanın SVİFT-lə birbaşa əlaqəsi olmadan taxıl sazişində iştirakı üçün vasitəçilik mexanizmini təklif edib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Rusiyanın iki xüsusi tələbi var. Onlardan biri “Rosselxozbank”ın SVİFT sisteminə qoşulmasıdır. Hazırda Rusiya bankları sanksiyalara görə SVİFT sistemində iştirak etmir. Bu ölkə ildə 120-130 milyon ton taxıl ixrac edir. Cənab Putin mətbuat konfransında dedi ki, satışın davam etməsi üçün iki şey baş verməlidir. Birincisi, satış nəticəsində pulu almalıdırlar, ikincisi, daşıma üçün istifadə olunan gəmilər sığortalanmalıdır. Sanksiyalara görə Britaniyada yerləşən sığorta şirkəti gəmiləri sığortalamır. Rusiya banklarının SVİFT sistemindən çıxarılması səbəbindən pul köçürmələri yoxdur və ruslar bunların hər ikisini şərt kimi irəli sürürlər. Avqustun 28-də göndərdiyi məktubda BMT-nin Baş katibi Quttereş rusların istədiyi kimi birbaşa deyil, SVİFT əməliyyatı nəticəsində yaranacaq vasitəçilik mexanizmini təklif edib. Onlar sığorta məsələsi ilə də məşğul olduqlarını bildiriblər.
Ancaq həm SVİFT, həm də sığorta məsələsində Qərb Rusiyaya qarşı çox fərqli bir baxış nümayiş etdirir. Putin də deyir ki, onlar mənə qarşı öhdəliklərini yerinə yetirmirlər və ona görə də bu məsələdə onlarla birgə fəaliyyətin içində olmayacağam. Taxılın isə 44 faizi Avropaya, 14%-i Afrikaya gedir. Putin də deyir ki, Avropa onsuz da mənə düşmənçilik edir, Avropa vədlərini yerinə yetirməyincə bu məsələdə heç bir addım atmayacağam. Amma hələlik o, 6 ölkəyə 1 milyon ton taxıl göndərməyi düşündüyünü dedi”, - Ərdoğan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi