Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi

Vladimir Putin ölkədə yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq məqsədilə benzin və aviasiya yanacağının ixracına müvəqqəti qadağa qoyulduğunu açıqlayıb.

Sherg.az-ın məlumatına görə, Moskvada enerji şirkətlərinin rəhbərləri ilə keçirilən müşavirədə çıxış edən Putin bildirib ki, hətta iri neft emalı zavodlarındakı ehtiyatlardan istifadə olunmasına baxmayaraq, yanacaqdoldurma məntəqələrində növbələr qalmaqdadır.

Rusiya lideri dizel yanacağının ixracına da qadağa qoyulmasının nəzərdən keçirildiyini vurğulayıb.

Məlumata görə, Ukraynanın hücumları nəticəsində zərər görən bir sıra Rusiya neft emalı zavodları texniki xidmət və təmir üçün fəaliyyətini dayandırıb. Bunun fonunda Moskva və Sankt-Peterburq da daxil olmaqla 20 regionda yanacaq satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.

Ekspertlər hesab edirlər ki, Rusiyanın yanacaq ixracını məhdudlaşdırması qlobal enerji bazarında əlavə təzyiqlərə və qiymət dalğalanmalarına səbəb ola bilər.