Putindən taxıl sazişi açıqlaması: “Qiymətlər artdıqca, Rusiya şirkətləri qazanacaq”
08:08 30.07.2023
Gündəm
379
Rusiya prezidenti Vladimir Putin Taxıl sazişi ilə bağlı “Taxılın qiyməti artdıqca Rusiya şirkətləri daha çox qazanc əldə edəcəklər” deyib.
Türkiyə üçün qaz mərkəzi layihəsinin hələ də gündəmdə olduğunu bildirən Putin çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışacağını bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Afrika Sammitindən sonra kameralar qarşısına keçib.
Müharibə mövzusuna toxunan Putin bildirib ki, Ukrayna ordusu hücuma məruz qaldığı bir vaxtda atəşkəsi həyata keçirmək çətindir. Putin Ukrayna ilə danışıqları rədd etmədiklərini və Afrikanın Ukrayna ilə bağlı sülh təşəbbüslərinin atəşkəs üçün əsas ola biləcəyini vurğulayıb.
Putin əlavə edib ki, Ukrayna iyunun 4-dən bu yana 415 tank və 1300 zirehli texnika itirib.
Prezident bildirib ki, Rusiya şirkətləri Qara dəniz Taxıl Müqaviləsindən çıxmaları sayəsində taxılın qiyməti artdıqca daha çox qazanc əldə edəcəklər.
Çıxışına davam edən Putin, “Taxılımızın pulsuz çatdırılmasından əldə edəcəyimiz qazancı ən kasıb ölkələrlə bölüşəcəyik” deyib.
Türkiyə ilə qaz mərkəzi layihəsinin hələ də gündəmdə olduğunu bildirən Putin əlavə edib: "Türkiyədə qaz satışı üçün elektron platforma qurmaq istəyirik, orada qaz depolamaq istəmirik" .
ƏRDOĞAN-PUTİN GÖRÜŞÜŞÜ
Çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacağını qeyd edən Putin, Ərdoğanla təkbətək görüşün Rusiyada, yoxsa Türkiyədə keçiriləcəyinə hələ qərar verilmədiyini bildirib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm