"Putinin Türkiyə səfərinə hazırlıqlar görülür"

“Avqust ayında Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hazırlıqlar görülür”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərin dəqiq tarixi hələ ki, məlum deyil.

Ərdoğanın sözlərinə görə, tərəflərin müzakirə edəcəkləri bəzi mövzular var.