Qaqik Tsarukyan və ailə üzvləri prokurorluğa çağırılıb

“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan və ailə üzvləri 21 avqustda prokurorluğa getmək üçün bildiriş alıb.

APA xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

Qeyd olunub ki, Tsarukyanın və ailə üzvlərinin çağırılmasına səbəb onlara məxsus qanunsuz yolla əldə edilmiş əmlaklarla bağlı araşdırmadır.