Qarabağda məhv edilən 5 terrorçudan 2-si Ermənistandan gəlib

Qarabağda məhv edilən 5 terrorçudan ikisi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir.
Bu barədə "Caliber" məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, hazırda Rusiya Sülhməramlı Qüvvələr onların cəsədlərinin Ermənistana təxliyəsi məsələsini Azərbaycan tərəfi ilə razılaşdırmağa çalışır.
Xatırladaq ki, İrəvan rəsmiləri, o cümlədən Paşinyan Ermənistan Silahlı Qüvvələrinin guya Azərbaycan ərazisindən tamamilə çıxarıldığını iddia edir. Mövcud vəziyyət açıq şəkildə göstərir ki, Ermənistan qeyri-qanuni silahlı birləşmələrə nəinki maliyyə dəstəyini davam etdirir, hətta öz Silahlı Qüvvələrinin hərbçilərini də ərazimizdən tam çıxarmayıb.