"Qarabağ"dan "Lex"ə 4-cü qol - Yenilənir

"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununa çıxacaq. 

Qol.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq. 

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda mərhələni adlasa, 2-ci  təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə üz-müzə gələcək. Məğlub tərəf isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yarışacaq. "Qarabağ" - "Lex"  matçının məğlubu bu mərhələdə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq. 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Cavab oyunu

20:00. "Qarabağ" - "Lex" - 4:1 (İkinci hissə)

Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1