
Qarşıdakı aylarda kənd təsərrüfatını nə gözləyir? - Açıqlama
15:09 04.07.2023
Gündəm
409
Xilaskar su anbarları ola bilər
"İyun ayında 24 gün yağış yağıb. Rayonları, kəndləri sel suları basıb, təsərrüfatları məhv edib. Çaylar bol sulu dövrlərində axıb Xəzərə tökülür və duzlaşır, artığı da məcrasından çıxaraq torpaqları sıradan çıxarır".
Bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib. Ekspertin yanaşmasına görə, zərəri faydaya çevirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur, sadə bir üsul var:
"Əcdadlarımız da istifadə edib, bu gün Afrikada yaşayan insanlar da bunu edir. Yağış-çay sularından uzunmüddətli faydalanmaq üçün quyular qazıb hazır saxlayırlar. Yağış yağanda, çaylar daşanda quyular dolur və insanlar öz tələbatlarını susuz zamanlardan bununla ödəyirlər. İndi biz durub quyu qaza bilmərik. Amma su anbarları yarada bilərik. Düzdür, son dövrlər bir neçə su anbarının (Güləbird və Qız Qalası) tikintisinə başlanılıb, amma çox azdır. Sürətli şəkildə bu sahəyə ciddi investisiya ayrılmalıdır. Cənubi Qafqazın hər 100 litr suyunun cəmi 10 litri bizimdir. Onun da 70 faizi qonşu olkələrdən gələn çaylar hesabınadır".

E.Əmirov vurğulayıb ki, su anbarları quraqlıq aylarında ölkənin, ələlxüsus da kənd təsərrüfatının suya olan tələbatının ödənilməsində əsas çıxış yoludur: "Su anbarları həm də yeni SES-lərin yaradılmasına, elektrik enerjisi istehsalına imkan verir. Eyni zamanda yağıntılı aylarda camaatın evini, torpağını, əkin-biçinini su basmasına ciddi mane olur. Ötən ay yağıntı kənd camaatına "divan tutub". 38 dəfə dolu düşüb, 55 dəfə sel basıb. Ehtimal ki, qarşıdakı aylarda əksinə olaraq, kənd təsərrüfatı susuzluqdan ciddi əziyyət çəkəcək. Mən bu səhənin mütəxəssisi deyiləm, amma sadə məntiq deyir ki, belə durumda əsas xilaskar su anbarları ola bilər. Yəni çayların aşıb-daşan zamanında xilaskar olan su anbarları quraqlıqda yenə də xilaskar olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə