Qazaxın kəndlərinin azad olunması iddiası yalandır
Yusif Nəzərli
08:59 13.07.2023
Gündəm
909
10 noyabr müqaviləsinə əsasən, Qazaxın 7 kəndinin işğaldan azad olunması nəzərdə tutulsa da, hələ də reallaşmaması vətəndaşları narahat edir. Zaman-zaman bu məsələ media və sosial şəbəkələrdə gündəm mövzusuna çevrilir. Bu dəfə isə kəndlərin 10 günə Azərbaycana təhvil veriləcəyini özündə əks etdirən video sosial şəbəkələrdə diqqət çəkib. “Gözünüz aydın, qazaxlılar! Qazax rayonunun işğal altında olan Barxudarlı və Sofulu kəndlərinin yolları 31 ildən sonra minalardan təmizlənir. 10 günə qədər tam ərazinin təhvil alınacağı gözlənilir.
Barxudarlı və sofuluların gözləri aydın!”. Bu paylaşımı sosial media hesabında Qazax sakinlərindən biri paylaşıb. Məlumatı dəqiqləşdirmək üçün hərbi ekspert Ədalət Verdiyevlə əlaqə saxladıq.
O isə “Sherg.az”a açıqlamasında deyilənlərin həqiqəti əks etdirmədiyini deyib:
“Sosial şəbəkədə Kamaz maşınının sürücüsü tərəfindən Qazax rayonunun Bərxudarlı və Sofulu kəndlərinin azad edilməsi ilə bağlı xəbər paylaşılan xəbər həqiqəti əks etdirmir. İşğal altındakı ərazi Kamaz ilə azad edilmir. Adı çəkilən kəndlər videomaterialda gözə dəymir. Əsgər əraziyə yerləşib Bayraq qaldırmayana qədər ərazi azad olunmuş hesab edilmir. Bu maşın Şahin Mustafayev ilə Mqer Qriqoryanın təmas xəttində görüşünün keçiriləcəyi əraziyə yolu hamarlamaq məqsədilə material daşıyıb. Görüş isə təmas xəttində baş tutub. Minaya düşən traktor da bizim ərazidə yerləşir. Əgər iki kəndimiz həqiqətən də işğaldan azad olunsaydı, bunu dövlət niyə ictimaiyyətdən gizli saxlamalı idi? Bu hansı məntiqə sığır? Əsgərimizin sayəsində bir qarış torpağımız düşmən tapdağında qalmayacaq. Amma insanları aldatmaq da olmaz”.
Politoloq Əziz Əlibəyli isə “Sherg.az”a açıqlamasında deyib ki, Qazaxın anklav kəndlərinin Azərbaycan ərazisi olmasını Ermənistan hökuməti etiraf edib.
Məsələ odur ki, Qazaxın işğal olunmuş kəndlərinin qaytarılması ilə bağlı erməni tərəfi rəsmi yox, şifahi öhdəlik götürüb:
“Yəni qarşıda duan əsas məsələ bu öhdəlikləri hüquqi müstəvidə həll edib, imzalamaq lazımdır. Ölkə başçısı dünənki çıxışında da bu məsələyə növbəti dəfə diqqət çəkdi. Bu isə o deməkdir ki, müəyyən mərhələlərdən sonra həmin kəndlərin qaytarılması mütləq baş tutacaq. Zənnimcə, gözlənilən Brüssel görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşısına qoyulacaq sənəddə Qazaxın kəndləri ilə bağlı da xüsusi maddə olacaq. Ancaq ondan sonra 7 kəndin taleyi ilə bağlı konkret fikir bildirmək olar. İndiki halda isə sözügedən kəndlərin yaxın günlərdə təhvil veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm