Qazinin çənəsini qıran idmançıdan XƏBƏR VAR

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakupost.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işində iki nəfər- Elşən Ağayev və Namiq Babayev zərərçəkmiş qismində tanınıb.
Hakim Vüsal Tağıyevin icraatına verilmiş iş üzrə hazırlıq iclası iyulun 20-nə təyin edilib.