Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir
14:00 23.12.2024
Gündəm
306
Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sherg.az xəbər verir ki, Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
12:32 10.03.2026
Media
Gürcüstanda yanacaq bahalaşıb
12:12 10.03.2026
İqtisadiyyat
Netanyahu: İran rejimini devirmək xalqın əlindədir
12:10 10.03.2026
Dünya