Qeyri-neft ixracatında artım qeydə alınıb
Yusif Nəzərli
10:00 22.10.2024
Gündəm
357
Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib
2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 755,4 milyon dollar olub.
Millət vəkili Vüqar Bayramov isə “Sherg.az"a açıqlamasında deyib ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi. Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixacatının çoxalması da təsir göstərib:
“Bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlığı baxımından da vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol