“Qiyamçı polkovnik” - DOSYE
10:35 01.08.2023
Gündəm
323
Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
Xəstəxanada olan yaxınlarının xəbərinə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib. Surət Huseynovun səhhəti stabildir, angioqrafiya (anju) olunacağı bildirilir, eyni zamanda böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir. Nəhayət dünən axşam saatlarında sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Bu barədə APA-ya yaxınları bildirib. Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
Məlumat üçün bildirək ki, Surət Hüseynov Azərbaycanın siyasi tarixində kifayət qədər qalmaqallı siyasi fiqurlardan sayılır. “Qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynovun adı 1993-cü ildən indiyə qədər hər il iyun ayında mediada ən çox hallanan isimlərdən olur. 4 iyunda Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı hərbi qiyam qaldıran və hakimiyyətin devrilməsinə səbəb olan Surət Hüseynov kim olub?
1959-cu ildə Gəncə şəhərində anadan olan Surət Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Azərbaycan Respublikasının baş nazirinin müavini, baş nazir, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun korpus komandiri olub. 1977-ci ildən 1979-cu ilə qədər sovet ordusunda xidmət edib. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. Keçmiş Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən, Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və Hüseynov korpusun komandanı təyin edilib. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52 faizi, ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edilib. Bu xidmətlərinə görə 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Surət Hüseynov 4 iyun 1993-cü ildə qiyam qaldırıb. Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi astanasına gəlib. Vəziyyətdən çıxmaq üçün o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət edilib, bunun ardınca Prezident Elçibəy Kələkiyə gedib. Surət Hüseynovun qiyamı onun baş nazir təyin edilməsi ilə başa çatıb. “Dövlət içində dövlət olan” Surət Hüseynov 1994-cü ilin oktyabrında yenidən dövlət çevrilişinə cəhd edib. Rusiyanın bəlli dairələrindən idarə edilən Surət Hüseynovun qiyam cəhdinin səbəbinin isə 20 sentyabr 1994-cü ildə Azərbaycanın “Əsrin müqaviləsi” adlanan neft sazişlərini Rusiyanın iradəsi əleyhinə bağlaması və Bakının tam müstəqil siyasət aparmasına qarşı Kremlin cavab tədbirləri hesab edilir. Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib. 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. Həbsdən azad olandan sonra Surət Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olurdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət