Qüvvələr balansı qanunsuz erməni silahlı birləşmələrinin xeyrinə deyil - Zakir Həsənov
12:06 26.06.2023
Gündəm
335
Azərbaycan ordusunun bölmələrindən biri Qarabağda qanunsuz erməni silahlı birləşmələrini tərksilah etməyə kifayət qədər qadirdir.
Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın müdafiə naziri Zakir Həsənov yerli televiziyaya müsahibəsində deyib.
"Biz Qarabağda qalan o silahlı dəstələrin imkanlarını o qədər də yüksək qiymətləndirmirik. Biz onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarını bilirik. Nəyə qadir olduqlarını bilirik. Onların heç bir halda Azərbaycan Ordusuna qarşı hər hansı hərəkət etmək şansı yoxdur. Ola bilsin ki, bəzi xırda təxribatlar olsun hansı ki, onlar üçün çox pis sonluqla bitəcək”, - deyə nazir bildirib.
Z.Həsənov qeyd edib ki, əgər onlar təxribata getsələr, Azərbaycan ordusuna qarşı qanunsuz hərəkətlər etmək qərarına gəlsələr, Azərbaycan ordusunun bir korpusu bu qanunsuz silahlı birləşmələrin öhdəsindən gələ bilər.
“Qüvvələr və vasitələrin balansı qətiyyən onların xeyrinə deyil”, - deyə müdafiə naziri əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə