"Rahat evinizdə yatın" - Əhaliyə müraciət

Zəlzələ ilə bağlı qorxulu nəsə gözlənilmir.

Axşam.az xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib. O bildirib ki, qorxulu və ciddi tələfatlara səbəb olacaq yeraltı təkanlar gözlənilmir.

"Əhaliyə demək istəyirəm ki, şayiələrə inanmasınlar. Güclü yeraltı təkanlar gözlənilmir. İşlərində-güclərində, istirahətlərində olsunlar. Rahat evinizdə yatın".