Regiondakı güclər sülh istəmir
Yusif Nəzərli
10:43 23.06.2023
Gündəm
285
Qarabağdakı separatçılara silah-sursat daşıyanlar məhz Rusiya və İrandır
Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki erməni separatçıları qanunsuz hərbi daşımaları davam etdirir. Bununla bağlı son günlər teleqram kanallarında görüntülər yayılır. Separatçıların silahlı dəstələrinin sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə hərbi daşımalar həyata keçirdiyi deyilir. Bu daşımalar Ermənistandan deyil, Qarabağda rus sülhməramlıların məsuliyyət zonasında, yəni “postlararası”dır və qanunsuz silahlı dəstələrin təminatına xidmət edir. Peyk görüntülərdən əldə edilən məlumatlarda göstərir ki, Qarabağ ərazisində hərbi texnikalar, zirehli nəqliyyat vasitələri, hava hücumundan müdafiə sistemləri qalmaqdadır.
Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, böyük ehtimalla bu qədər silahlanmanın ardınca erməni tərəfi növbəti təxribatlar törədəcək və şübhəsiz, məğlub olacaq:
"Rusiya, İran açıq şəkildə Ermənistanı, separatçıları müdafiə etməyəcək. Nəticədə separatçılar, erməni quldur dəstələri Azərbaycan Ordusu ilə təkbətək qalacaq. Ona görə də ermənilər Moskva və Tehranın təhriklərinə aldanmamalıdır. Regionda hərbi əməliyyatların lokal səviyyədə alovlanması kimə, hansı ölkəyə sərf edir? Qərb sülh və regional əməkdaşlıq tərəfdarı olduğunu hər fürsətdə dilə gətirir və bu istiqamətdə müəyyən addımlar atır. Qərb bölgədə prosesləri nizamlamağa çalışır.
Düzdür, ABŞ və Avropanın yanaşmasında da bizi narahat edən məqamlar var. Çünki bəzi hallarda Qərbin təşəbbüslərində də Ermənistanın maraqları nəzərə alınır. Ancaq buna rəğmən, Vaşinqton və Brüssel sülh tərəfdarı kimi çıxış edirlər. Rusiya və İran isə qətiyyən münasibətlərin normallaşmasının əleyhinədir. Tehran hökuməti hesab edir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, regionda münaqişə ocağı qalmazsa, İran Cənubi Qafqaza təsir imkanlarını itirəcək. İqtisadi-siyasi baxımdan çətinliklə üzləşəcəyini düşünür. Ona görə də tərəflər arasında gərginliyin qalması və davamlı olması İrana da, Rusiyaya da sərf edir. Qarabağdakı separatçılara da silah-sursat daşıyanlar məhz Rusiya və İrandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya