Rostova ağır texnikalar yeridildi - Video

Hazırda Rusiyanın Rostov şəhərinə ağır hərbi texnikalar yerdilib.

Axar.az xəbər verir ki, bunula bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Zirehli transportyor, BMP-lərin şəhər küçələrində hərəkət etdiyi görünür.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.