Rus ordusu Xersonu atəşə tutdu - Ölən, yaralanan var 

Rusiya ordusunun Ukraynada mülki əhaliyə qarşı təcavüzü , terror hərəkətləri davam etdirilir.

"Sherg.az“ Ukraynanın rəsmi"  Ukrinform” agentliyinə  istinadən  xəbər verir ki, bu barədə Xerson vilayətinin yerli hakimiyyət orqanları məlumat yayıb.

“Rusiya ordusu Xersonda evi atəşə tutub, yaşlı ər-arvad yaralanıb"

 Qeyd edildiyi kimi, rus ordusunun  atəşi nəticəsində əvvəl  evdə yanğın baş verib, alov  söndürüldükdən sonra evdə ölmüş vətəndaşın meyiti aşkarlanıb.  Onun 81 yaşlı kişi olduğu müəyyən olunub.

 Mərhumun 82 yaşlı həyat yoldaşı da atəş nəticəsində yaralanıb.
 
“Ukrinform” xəbər verir ki, rus işğalçıları son sutka ərzində, iyulun 11-də Xerson vilayətini  67 dəfə atəşə tutub. Rusiyanın təcavüzü nəticəsində mülki əhalidən 1 nəfər ölüb, biri uşaq olmaqla 5 nəfər yaralanıb.

Turan