Rusiya gecikib, qatar artıq gedib
Rusiya gecikib, qatar artıq gedib
Yusif Nəzərli
10:16 21.06.2023
Gündəm
287
Azərbaycan-Ermənistan arasında saziş gec-tez imzalanacaq
Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və tərəflərin əldə etdiyi irəliləyiş Rusiyanın iştirakı ilə üçtərəfli platformada əldə olunub. Onun sözlərinə görə, avropalıların bunu qeyd etməməsinə baxmayaraq, reallıq budur: "Danışıqlar üzrə tərəfdaşlarımız razılaşırlar ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq yaradılmış platforma ən böyük tərəqqinin əldə olunduğu yerdir. Bunu həm azərbaycanlılar, həm də ermənilər deyir. Həqiqətən də belədir". Overçukun fikrincə, baş nazir müavinlərinin üçtərəfli İşçi qrupu formatından uzaqlaşmasının hamı üçün aşkar mənfi təsirləri olacaq.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olur. Onun sözlərinə görə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun danışıqlar platforması haqqında dedikləri bir neçə gün qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarovanın arqumentləri ilə üst-üstə düşür: "Mariya Zaxarova da baş nazirlərin müavinləri səviyyəsində İşçi qrupunun fəaliyyətini yüksək qiymətləndirirdi. Ancaq sirr deyil ki, bugünədək danışıqların nəticə verməməsinin səbəbi Rusiyadır. Ümumiyyətlə, son üç yüz ildə Azərbaycanın başına gələn bəlaların mənbəyi Moskvadır. Kremlin şeytan barmağı daim Cənubi Qafqazdadır”.
Müsahibimiz qeyd edib ki, Rusiyanın "5-ci kolon"u da Azərbaycanda çox güclüdür. C.Nuriyev bildirib ki, Azərbaycan rəhbərliyi bunu bildiyi üçün balanslaşdırılmış siyasətlə Rusiyanın "velikorus" (böyük rus) şovinizmini bir növ zərərsizləşdirir: “Buna da çox uğurla nail oluruq. Təəssüf ki, Rusiya öz imperiya ambisiyalarından əl çəkə bilmir. Ukraynadakı uğursuzluqları Cənubi Qafqazdakı "uğurlar”la kompensasiya etməyə çalışır. Moskva hər vəchlə səy göstərir ki, regiondan çıxmasın və bölgədə qala bilsin. Xüsusən, Türkiyənin bölgədə olmasını qətiyyən istəmir”.
Analitik vurğulayıb ki, Kremlə görə tərəflər Rusiyanın iştirak etdiyi üçtərəfli platformanı əsas götürməli və digər formullardan qaçmalıdırlar: "Moskva açıq formada Vaşinqton və Brüssel formatlarını qəbul etmədiyini deyir. Halbuki başqa bir qeyri-rəsmi üçlük - Moskva-Tehran-Paris platforması da çox "gözəl" işləyir. Bu üçbucağın məqsədi Azərbaycan-Türkiyə münasibətlərini gərginləşdirmək və ölkəmizi dəstəksiz qoymaqdır. Ancaq Rusiya gecikib, qatar artıq gedib. Moskva Ukrayna və Qərbin təzyiqlərinə tab gətirə bilmir və məğlubiyyətə doğru gedir. O baxımdan Azərbaycan-Ermənistan arasında saziş gec-tez imzalanacaq".
Ekspert onu da əlavə edib ki, Azərbaycanda son günlər ruspərəstlər aktivləşməyə başlayıblar: "Bakıda rus dili təhsili, rusdilli məsələsi yenidən aktuallaşıb. Bilən də, bilməyən də rus dilində danışmağa çalışır. Şəhərin mərkəzində "Rusiya Evi" açıblar və hər gün orada tədbirlər keçirilir. Nə qədər rusbaş var, hamısı ordadır. Rusiyanın Azərbaycana təzyiq formasından biri də budur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm