Rusiya geri çəkilmək niyyətində deyil
Yusif Nəzərli
12:07 21.06.2023
Gündəm
277
Ukraynadakı müharibənin uzanacağı daha real görünür
"Ukrayna işğala məruz qalmış ərazilərini geri qaytarmaq üçün həlledici sınaq qarşısındadır. Əks-hücum əməliyyatları isə hələlik böyük nailiyyəti Kiyevin qismətinə yazmayıb". Bu barədə siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib. Ekspert bildirib ki, cəbhə xətti əməliyyatlar başlayana qədərki vəziyyətindən Ukraynanın xeyrinə cüzi dəyişib, lakin bu, həlledici üstünlük sayılmır: "Rusiya cari döyüş xətlərini sabit saxlamaqla müdafiəyə üstünlük verir, Ukrayna isə həmin eşelonları yarıb ərazilərini qaytarmağa çalışır. Kiyev ümid edir ki, özünün cəsarəti, Qərbin dəstəyi və Rusiyanın müharibədəki taktiki səhvləri Ukraynanı döyüş meydanından qalibiyyətlə çıxara bilər.
Çünki Rusiyanın aşkar hərbi təcavüzü Qərblə Ukraynanın vahid cəbhədən Moskvaya qarşı durmaq əzmini sərtləşdirir. Ukrayna qüvvələri böyük uğur qazanmaq üçün Rusiyanın əsas istehkamlarını yarmalı, Azov dənizi sahili boyunca Donbasdan Krıma qədər Rusiyanın quru yolunu kəsməlidir. Rusiyanın Qara dəniz donanması da daxil olmaqla Krımı blokadaya almalı və rus qoşunlarına maneələr törətməlidir. Ancaq bunlar çətin məsələdir, ən azından ona görə ki, cəbhə xətti uzun və mürəkkəb relyeflidir. Başqa tərəfdən, Ukraynanın canlı qüvvə problemi mövcuddur, həmçinin onda genişmiqyaslı əks-hücum əməliyyatları aparmaq üçün silah-sursat çatışmazlıqları var. Digər təhlükəli amil isə Rusiyanın ərazi itkilərinə məruz qalacağı təqdirdə onun nüvə silahından istifadə risklərinin artması ilə bağlıdır.
Qısası, Ukrayna qoşunlarının əməliyyat planlaması Rusiyanın tərtib etdiyi sxemdən qat-qat üstündür. Lakin onun yerinə yetirilməsi üçün lazım olan silah-sursat və şəxsi heyət azlığı Kiyevi çətin vəziyyətə salır".
Analitik vurğulayıb ki, üfüqdə döyüşlərin davamlı olmasını gözləmək düzgün versiya kimi səslənir: "Bütün hallarda Rusiya nüvə silahı tətbiq etməyəcəyi təqdirdə Ukraynanın qələbəsi NATO-nun hərbi dəstəyi ilə Kiyevin siyasi qətiyyəti arasındakı bərabərlik işarəsindən asılı vəziyyətdə qalmaqdadır. Ukraynada ruhlandırıcı performansın qalması qeyd edilən simmetriyanın sarsıdıcı pozulmamasına görədir. Ukraynadakı müharibənin nəticələrini həyəcanla gözləyənlər postsovet regionu və Avropadır. Çünki müharibənin nəticələri strateji olaraq bir-birilə siyasi-iqtisadi bağlılığı olan iki regionun təhlükəsizliyinə təsirlər fonunda yeni dəyişmələrə gətirib çıxara bilər. Ukraynanı silah-sursatla və kəşfiyyat məlumatları ilə təmin edən NATO-nun iki nəhəngi - ABŞ və Böyük Britaniya dəstəyini əsirgəməsə, Kiyev üçün üfüqdə parıltı görünəcək. Lakin reallıq arzuolunandan bir qədər fərqlidir.
Artıq ABŞ-də respublikaçılar arasında yüksək səsli narazılıqlar var ki, Vaşinqton Kiyevə dəstəyə məhdudiyyət qoymalıdır. Bu çağırışlar ABŞ-nin düşdüyü iqtisadi vəziyyət fonunda arqument kimi ortaya qoyulur. Belə durum Ukraynanın yeni yaranmaqda olan əks-hücum əməliyyatları üçün riskləri artırır".
A.Kərimov əlavə edib ki, Böyük Britaniya kölgəsini bəzi regionlara salıb özünü gizlədən həlledici aktordur: "Hələlik bu qabiliyyət tələb edir ki, London Kiyevə həyati əhəmiyyətli dəstəklərini davam etdirsin. Ukraynanın Rusiyanın içərilərindəki diversiya fəaliyyətləri də müharibənin tərkib hissəsinə çevrilir. Moskva Kiyevin transsərhəd reydləri qarşısında aciz durumdadır. Lakin Kreml, həqiqətən də, bunun qarşılığında böyük qisas ala bilər. Rusiyanın mümkün qisas fazasının nəticələrinə isə ABŞ və onun müttəfiqləri deyil, Ukrayna özü qatlaşmağa hazır olmalıdır. Artıq Rusiyanın cavab tədbirləri qarşısında daha həssas olan ölkələr, məsələn, Polşa, Finlandiya və Baltikyanı ölkələr Ukraynaya göstərilən hərbi öhdəliklərini ikiqat azaltmağı planlaşdırırlar. Rusiya da, Ukrayna da döyüş meydanındakı nəticələrlə özlərini danışıqlar aparmaq üçün mümkün olan ən yaxşı mövqeyə qoymağa çalışdıqca, müharibənin müddəti uzanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm