Rusiya savaşı davam etdirmək potensialını itirib - ŞƏRH
Yusif Nəzərli
14:56 21.06.2023
Gündəm
519
Son həftələrdə Rusiya arxa cəbhədə, xüsusən də işğal olunmuş Krımda müdafiə xətlərinin qurulmasına böyük səy göstərir.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında vurğulanıb.
“Buraya 9 km uzunluğunda və Armyansk şəhərindən 3,5 km şimalda, Krımı Xerson vilayəti ilə birləşdirən dar quru körpüdə yerləşən böyük müdafiə zonası daxildir. Bütün bunlar göstərir ki, Rusiya hərbi komandanlığı Ukraynanın Krıma birbaşa hücumuna ciddi yanaşır. Rusiya yarımadaya nəzarəti saxlamağı əsas siyasi prioritet hesab edir”, - hesabatda qeyd olunub.
Rusiyanın savaşı davam etdirmək potensialını itirdiyini deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Moskva hücumdan müdafiə taktikasına keçərək işğal etdiyi ərazilərin bir hissəsini əlində saxlamağa çalışır:
"Kremldən verilən açıqlamalarda da sülhə hazır olduqları söylənilir. Amma onlar şərtlər irəli sürürlər. Bu şərtlər isə işğal altında olan torpaqların Rusiyada qalmasıdır. Təbii ki, Kremlə bu imkanı verməzlər. Çünki onlar artıq bütün hərbi resurslarını tükətmək üzrədir və ordu qeyri-peşəkarlardan təşkil olunub. Rusiya ordusunun yaxşı təlim keçmiş hərbçiləri savaşın ilk mərhələsində sıradan çıxarılıb və yeni gələnlər təlim görməmiş əsgərlərdir. Yəni Putin hakimiyyəti müharibəni uduzmaq üzrədir".
Analitikin sözlərinə görə, Rusiya tərəfindən qurulan müdafiə istehkamları müasir hərbi texnikalar şəraitində, qorunmağa təminat vermir:
"Təsəvvür edin ki, rus əsgəri səngərdə qarşı tərəfin irəliləməsini gözləyir və havadan PUA-lar hücum edərək onları məhv edir. Yəni müasir dövrdə bu taktika keçmir. Rusiya hələ də ötən əsrin müharibə texnalogiyaları üzərindən müharibə aparır. Ümumiyyətlə Rusiyanın nə vaxt məğlub olacağı, yaxud heç məğlub olmayacağı ABŞ-in Ukraynaya göstərəcəyi dəstəkdən asılıdır. Çünki Zelenski yaxınlarda Qərbli tərəfdaşlarına etiraz etmişdi ki, müharibəni daha tez yekunlaşdırmaq üçün bizə müasir silahlar verin. Qərbin silah yardımını gecikdirməsi isə savaşın uzadılmasına hesablanıb və bu rəsmi Kiyevə sərf etmir. Ona görə ki, müharibənin zərbələrinin Ukraynaya dəydiyini nəzərə almaq lazımdır. Yəni Ukraynanın bərpası ağır mərhələdən keçməli olacaq. Düzdür Qərb ayağa qalxması üçün rəsmi Kiyevə maliyyə ayırmaq fikrindədir. Ancaq bu yardım borc statusu daşıyacaq. Yəni Ukrayna verilmiş pulu geri qaytarmalı olacaq. Ona görə də, rəsmi Kiyev Krımı və Dombaskı geri qaytararaq, savaşı tez bir zamanda yekunlaşdırmağa can atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm