Rusiya sülhməramlıları üçün gerisayım başlayıb
Yusif Nəzərli
07:47 11.07.2023
Gündəm
396
Sülh müqaviləsi imzalanandan sonra bölgəni tərk etmək məcburiyyətində qalacaqlar
Erməni silahlı dəstələrinə məxsus kəşfiyyat cihazları (kvadrokopter) Xocavənd rayonu istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlara cəhd göstərib. Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb. Eyni zamanda mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb. Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə yerləşmiş erməni silahlıları son günlər ardıcıl təxribatlar həyata keçirməkdədir.
Düşmənin təxribatçı hərəkətləri ilə bağlı "Sherg.az"a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, Qarabağdakı separatçı ünsürlərin, həmçinin silahlı dəstələrin davamlı təxribatlara əl atması üçtərəfli bəyanata zidd olmaqla yanaşı, həmçinin sülh sazişinə gedən yolda ciddi əngəldir. Generalın sözlərinə görə, bir yandan Ermənistan tərəfinin sülhdən danışması, digər yandan Qarabağdakı ermənilərin hərbi təxribatlar törətməsi təhlükəli və təhrikedici addımlardır:
"Azərbaycan tərəfi ilk növbədə Rusiya dövlətinə və eyni zamanda Qarabağda sülhməramlı missiya icra edən kontingentə sərt nota verməlidir. Çünki bölgədəki erməni silahlıların atəşkəsi pozmasına eyni zamanda oradakı sülhməramlı kontingent də məsuliyyət daşıyır. Baş verənlərə görə Vaşinqton və Brüsseli də məlumatlandıraraq silahlı ünsürlərə qarşı antiterror əməliyyatlarına başlamaq lazımdır. Təsəvvür edin, Ermənistanın xarici işləri naziri Vaşinqtonda, Brüsseldə sülh danışıqlarına qatılır, Qarabağdakı erməni silahlı dəstələri isə səngər qazır, kəşfiyyata çıxır, müdafiə istehkamları qururlar. Bunlar əsla qəbul edilməyəcək hərəkətlərdir. Antiterror əməliyyatı ilə erməni silahlı birləşmələri son nəfərinədək məhv edilməli, bölgə təmizlənməlidir".
Y.Karaüz Rusiya sülhməramlı kontingentinin əlverişli fürsət gözlədiyini vurğulayıb:
"Rusiya sülhməramlıları üçün gerisayım başlayıb. 5 ilin sonunda, yaxud sülh müqaviləsi imzalanandan sonra bölgəni tərk etmək məcburiyyətində qalacaqlar. Ona görə də Qarabağda daha uzun müddət qalmağın planlarını qurur, ermənilərin əliylə təxribat törədilməsinə çalışır, buna şərait yaradırlar. Rusiya sülhməramlılarına da diplomatik tərzdə, yumşaq dillə cavab verilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya