Rusiya XİN: "İrəvan və Bakı arasında barışıq üçtərəfli sazişlərə əsaslanır"

"İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanan üçtərəfli sazişlər komplekslərinə əsaslanır".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.

XİN başçısının müavini xatırladıb ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.