Rusiyalı hərbi ekspert: İndi əsas məsələ cəbhəni saxlamaq və sakitliyi qorumaqdır
21:23 23.06.2023
Gündəm
278
Rusiyalı hərbi ekspert: İndi əsas məsələ cəbhəni saxlamaq və sakitliyi qorumaqdır
Vəziyyətin inkişafı üçün bütün mümkün ssenarilərlə strateji nüvə qüvvələrinə mərkəzləşdirilmiş nəzarəti təmin etmək vacibdir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Vaqner" Özəl Hərbi Şirkətin rəhbəri Yevgeni Priqojinin Müdafiə Nazirliyinə qarşı iddiaları və Moskvaya hərbi yürüş elan etməsi fonunda yazıb.
O, strateji nüvə qüvvələrinə mərkəzləşdirilmiş nəzarətin Rusiya Federasiyası Prezidentinin və Silahlı Qüvvələrinin Ali Baş Komandanının əlində olmalı olduğunu söyləyib.
"Artıq bir ildir ki, mən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat İdarəsi əsasında Sovet dövründəki "SMERŞ"in tam hüquqlu və müasir şəraitə uyğunlaşdırılmış analoqunu FTX-ın direktorunun birbaşa tabeçiliyində yenidən yaratmaq ehtiyacını inandırıcı şəkildə əsaslandırıram.
Qərar qəbul edilməyib. Hələ qəbul edilməyib", deyə rusiyalı ekspert xarici ölkələrin kəşfiyyat orqanlarına işləyənlərin olduğuna işarə edib.
Korotçenko, "Vaqner" rəhbəri Yevgeni Priqojinə qarşı FTX-ın silahlı üsyana çağırış faktı ilə cinayət işi açması fonunda Ukrayna cəbhəsində ordunu sakitliyi qorumağa çağırıb:
"İndi əsas məsələ cəbhəni saxlamaq, Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat zonasında irəliləyən bölmələrini məhv etməkdir və sakitliyi qorumaqdır"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə