Qafar Çaxmaqlı: “İrəvan artıq Kremlə qarşı təsir vasitəsi əldə edib”
Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik artıb. Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı sanksiyalar fonunda Ermənistanın rolu daha çox diqqət çəkir.
Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanı Rusiya vətəndaşlarının həbs riski yüksək olan ölkələr siyahısına daxil etməsi də tərəflər arasında etimadsızlığın dərinləşdiyini göstərir. Bu vəziyyət həm siyasi, həm də hüquqi baxımdan regionda yeni reallıq yaradır.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, bu məsələyə Rusiya ilə Ermənistan arasında son zamanlar yaranan gərginlik çərçivəsində baxmaq lazımdır:
"Ukraynada savaşa başlayandan sonra Rusiya vətəndaşlarına tətbiq olunan sanksiyalardan yayınmaq üçün Ermənistanın yardımı bəlli idi. İndi Rusiya Ermənistan gərginliyi bu qanundan yan keçmələri mümkünsüz edir. Həmçinin Ermənistan Rusiyaya qarşı təsirli bir vasitə əldə edir. Rusiyalı cinayətə bulaşmış adamların Ermənistanda həbs olunmaq təhlükəsi artır. Əgər Ermənistan bu məsələlərlə bağlı beynəlxalq öhdəliyə əməl edərsə həm erməni kökənli, həm də rus olan Rusiya vətəndaşlarının həbs olunması qaçılmaz olacaq".
Analitik qeyd edib ki, bunun həm də siyasi mənası var:
"Rusiya seçkilər ərəfəsində Ermənistanda istədiklərini edə bilməsi üçün yaxşı vasitə əldə edib".