Rutte: ABŞ-nin “nüvə çətiri” Avropanın təhlükəsizliyinin əsas təminatıdır

NATO-nun başkatibi Mark Rutte bildirib ki, ABŞ-nin nüvə “çətiri” Avropanın təhlükəsizliyi üçün əsas və həlledici təminat olaraq qalır və gələcəkdə də belə olacağına inanır.

Sherg.az xəbər verir ki, o, Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində qeyd edib ki, ABŞ-nin nüvə çəkindirmə sistemi Avropada təhlükəsizliyin əsas dayağıdır.

Rutte həmçinin vurğulayıb ki, Fransa və Böyük Britaniyanın nüvə arsenalı da çəkindirmə gücünə malikdir və NATO-nun ümumi təhlükəsizlik sisteminə töhfə verir.

Onun sözlərinə görə, NATO-nun nüvə çəkindirmə sistemi kollektiv müdafiənin əsas hissəsidir və bu sistem həm nüvə, həm də adi hərbi imkanlara əsaslanır.

Eyni zamanda qeyd olunur ki, Avropada bəzi ölkələr Fransa ilə nüvə çəkindirmə sahəsində əməkdaşlığı genişləndirməyə maraq göstərir. Rusiya tərəfi isə bu cür təşəbbüslərin nüvə silahlarının yayılması riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.

Qalereya