Sabah 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən sabah müharibədən zərər çəkən 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək.

Bu barədə APA-ya Agentlikdən bildirilib.

Qeyd edilib ki, ukraynalı uşaqlar düşərgələrə yerləşdiriləcəklər və Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcəklər.