Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

Teleqraf xəbər verir ki, Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndəriləcək.

Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon gübrə və 4 vaqon taxıl yola salınacaq.