Sahibə Qafarova BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidentini qəbul edib
Sahibə Qafarova BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidentini qəbul edib
Yusif Sultanoğlu
11:40 16.03.2024
Gündəm
378
Martın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüş zamanı ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlığı, Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində BMT Nizamnaməsinin məqsədlərinə nail olunması sahəsində verdiyi töhfələr haqda danışılıb.
Görüşdə qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri, Ermənistan tərəfindən basdırılmış minaların törətdiyi təhlükə haqda danışıb, qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub. Milli Məclisin sədri məhz Azərbaycanın sülhün bərqərar olunması istiqamətində təşəbbüslə çıxış etdiyini və sülh gündəliyinə sadiq qaldığını bildirərək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidini ifadə edib.
Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində görüləcək işlərdən söz açan spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib.
Baş Assambleya prezidenti Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyərək, BMT-nin məqsədlərinin dəstəklənməsində parlamentlərin rolunun əhəmiyyətini vurğulayıb.
Dennis Fransis COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdıraraq, ölkəmizin bu tədbiri ən yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən Dennis Fransis bölgədə dayanıqlı sülhün bərqərar olunmasının davamlı inkişafın və firavanlığın əsas şərti olduğunu, bu təşəbbüslərin BMT tərəfindən dəstəkləndiyini bildirib.
Söhbət zamanı qonağa Milli Məclisin strukturu və fəaliyyəti haqda da məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya