Səsimiz uzaqlardan gəldi – Seriallarımız dünya bazarına çıxır
İsmayıl Qocayev
13:23 14.12.2019
Gündəm
3194
Azərbaycan serialları ilk dəfə xaricdə satış üçün sərgiyə qatılıb. Çində keçirilən Şenzen Beynəlxalq TV serialları sərgisində “Xəzər” TV-də yayımlanan üç serial yer alıb. Bunlar tamaşaçıların maraqla izlədiyi “İmtahan”, “Ata ocağı” və “Cehizsiz gəlinlər” seriallarıdır.
Belə ki, ekran işlərinin treyleri bir neçə dilə tərcümə edilib və nümayiş etdirilib. Asiya ölkələrindən sərgiyə qatılan şəxslər seriallarımızı maraqla qarşılayıb. Buna zəmin yaradan isə fərqli mədəniyyətin, bizim üçün sadə görünən gündəlik ailə-məişət mövzusunun onlara fərqli görünməsi olub. Bildirilir ki, sözügedən seriallar gələn ay Fransada nümayiş etdirilən sərgidə də nümayiş etdiriləcək.
Azərbaycan seriallarının dünya bazarına çıxışının tilsimi qırılıb deyəsən. Mövzu ilə bağlı son dönəmlər serial bazarında ekran işləri ilə diqqət çəkən rejissor Şəhriyar Zehni ilə əlaqə yaratdıq. Yerli seriallarımızın xarici kanallarda nümayişinə münasibət bildirən rejissor «Adətən xarici ölkələrdə filmlərin, serialların sərgisi keçirilir. Və həmin film və ya serial sərgisində iştirak edən ekran işi onlara uyğundursa, o seriallar TV ekranlarında nümayiş etdirilir, adətən bu kimi ekran əsərlərində sosial həyatın uyğunluğu, adətlərdə uğurlu məqamlar və bu kimi məişət zəminində olan ortaq maraqlar üst-üstə düşəndə filmin keyfiyyəti də onları qane edirsə, serialın nümayişi üçün ödəniş edib TV ekranlarında yayımlayırlar. Bu təklif mənə də gəlmişdi. Sadəcə, açıq etiraf etsəm, mən bu təklifə ciddi yanaşmadığım üçün ötəri baxdım. Bunun üçün filmi tərcümə etdirmək lazım idi. Mən ciddi yanaşmadığım üçün buna vaxt ayırmadım. Xəzər televiziyası serialları göndərib və orda da maraqla qarşılanıb deyə, müqavilə əsasında filmə ödəniş ediblər. Nəticədə 3 serialımız Çin TV-lərində yayımlanacaq. Səmimi soruşursunuzsa, eşitdim, peşman oldum. Gərək mən də təklifi dəyərləndirib serialımızı göndərəydim. İnşallah gələn dəfə mütləq o festivala, sərgiyə çəkdiyim ekran əsərini göndərməyi düşünürəm. Bizim 3 serialın xarici TV kanallarında nümayişi digər seriallar üçün də yol açmış oldu. Tilsimi qırdılar, bu seriallara Çində baxış sayı çox olsa, bu, o deməkdir ki, gələcəkdə Azərbaycan seriallarına tələbat və maraq arta bilər. Seriallarımız da xarci kanallarda təqdim olunarsa, yaradıcı heyət bundan əlavə qonorar əldə etmiş olar. Adətən yerli seriallarımızın keyfiyyətindən danışıb tənqid etməyi sevirik. Budəfəki göstərici onu sərgiləyir ki, deməli, Azərbaycanda maraqlı serialları çəkmək üçün baza var, biz serial çəkə bilirik. Tənqidlərə gəlincə bunlar normaldı. Hamı bir ekran işini bəyənə bilməz. Hələ serial bazarında biz yeniyik, gələcəkdə bu sektorun inkişafı üçün yetərincə imkanlarımız var. Vacib odur ki, biz artıq seriallar çəkirik».
Rejissor Hüseyn Mehdiyev «Şərq»ə açıqlamasında «Mənim siz deyən hadisədən xəbərim yoxdur. Əgər belə bir hadisə olubsa və yerli seriallarımıza maraq yaranırsa, təbii ki, bunu alqışlamaq olar. Qüsurlarımız var, bunu hamı bilir, görür. Sadəcə biz tənqidlərdən qorxmamalıyıq.
Serial sektorunun inkişafı üçün təcrübə və maddi baza güclü olmalıdır. Bu sahənin inkişafı üçün rejissorlar, operatorlar və bu sektora aid olan digərləri xarici ölkələrdə olan treninqlərdə iştirak etməli, kurslara qatılmalıdırlar ki, dünya kino bazarının təcrübə metodlarından yararlana bilsinlər. Əgər bizim 3 serialımız Çin kimi böyük bir ölkənin TV-lərində nümayiş ediləcəksə, niyə buna sevinməyək. Türkiyə də zamanında zəif filmlər, seriallar çəkirdi. İllər onların kino sektorunda sözünü deyə bildi. Bu gün türk serialları dünyada 3-cü yerdə dayanır. Vacib odur ki, bu sahəyə peşəkarlar cəlb edilsin, onların xarici ölkələrdə təcrübə toplaması üçün şərait yaradılsın. Film çəkmək məsuliyyət, istedad və təcrübə tələb edir. Gənclərimiz arasında da istedadlı rejissorlar, aktyorlar var. Sadəcə onları həvəsləndirmək üçün o qapıları üzlərinə açmağa borcluyuq. Teleserial çəkmək sadə məsələ deyil. İş peşəkarlara tapşırılsa, sənət də inkişaf edəcək, kinematoqrafiya da, ikinci, rejissorlar, rejissor asisentləri, operatorlar və sairə. Nə qədər ki kino bazarına ciddi yanaşa bilmirik, problemlərin çözümündən də danışmağa dəyməz».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm