Simonyan: Mənə “hər şey yaxşı olacaq” deməyin
11:47 20.10.2025
Gündəm
377
Xərçəng xəstəliyindən müalicə olunan “Rossiya Seqodnya” media qrupu və RT telekanalının baş redaktoru Marqarita Simonyan oktyabrın 20-də kimyaterapiya kursuna başlayacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
Kremlin erməni təbliğatçısı qeyd edib ki, efirə nə vaxt qayıdacağı və müalicə zamanı özünü necə hiss edəcəyini proqnozlaşdırmaq çətindir:
“Xahiş edirəm, “hər şey yaxşı olacaq” yazmayın, hər şey Tanrının istədiyi kimi olacaq. Mütləq yaxşı olacağını söyləmək də mənə çox təkəbbürlü görünür. Hər şeyə, istənilən nəticəyə hazıram”.
Xatırladaq ki, Kremlin təbliğatçısı bundan əvvəl ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. O bildirib ki, xərçənglə mübarizə apardığı üçün bir müddət efirə çıxmayacaq. Marqarita xəstəliyi barədə ilk dəfə sentyabrın 7-də Kremlin digər təbliğatçısı Vladimir Solovyovun verilişində döş əməliyyatı keçirəcəyini açıqlayanda danışıb.
Sentyabrın 26-da onun əri, kinorejissor Tiqran Keosayan ölüb. Yanvarda kliniki ölüm keçirən Tiqran bu müddət ərzində koma vəziyyətində olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi