“Türkiyədən Ermənistanın suverenliyinə təhdid görmürəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Ermənistanın Türkiyə ilə sərhədinə gəlincə, sərhədimiz açıqdır və biz bunu daim bəyan edirik. Normallaşmanı Ermənistanla Azərbaycan arasında mövcud proseslərin başa çatması və geridönməzlik nöqtəsinin keçilməsi ilə əlaqələndirirəm. Mənim qiymətləndirməmə görə, bu, yaxın gələcəyin məsələsidir”, - o bildirib.
Simonyan əlavə edib ki, Türkiyədə də əlaqələrin bərpasına yönəlmiş işlər görülür:
“Görüşürük, iş adamlarımız ora gedirlər, onlarınkı bura gəlirlər. Türkiyədən Ermənistanın suverenliyi üçün təhlükə görmürəm”.