Şirniyyata meyli necə azaltmaq olar? - Gündə sadəcə...
14:59 24.06.2023
Gündəm
595
Dietoloqlar ani bu həvəsi dəf etmək üçün bir neçə qidanı əl altında tutmağı tövsiyə edir
Gün ərzində, yaxud dieta saxlayarkən bir çoxlarında şirniyyata meyl güclənir. Çox az adam bu istəyin qarşısını iradəsi hesabına ala bilir. Əksəriyyət “ürəyim şirniyyat istəyir”, deyib şəkərli qidalara üz tutur. Bu isə ümumilikdə orqanizm üçün ziyanlıdır. Qida mütəxəssisləri süni şəkərdən uzaq durmağı hər kəsə məsləhət görür. Dietoloqlar ani şirniyyat həvəsini dəf etmək üçün bir neçə qidanı əl altında tutmağı tövsiyə edir. Şirniyyat ehtiyacını qarşılayacaq qidalar bunlardır:
Alma – gündə sadəcə, 1 alma yemək şirniyyata olan ehtiyacı tam ödəyə bilir. Qanda şəkəri normallaşdıra bilən ən güclü meyvə məhz almadır.
Balqabaq – bu tərəvəz liflərlə zəngin olduğundan orqanizmdə yavaş-yavaş həzm edilir, bu səbəbdən də qanda şəkəri ehmalca normaya salır, şəkərin qana keçməsinin qarşısını alır.
Fındıq-fıstıq əzməsi – proteinlə zəngin bu qidalar orqanizmin şəkərə olan ehtiyacını ödəyir. Şirniyyat yemək arzusu baş qaldırdıqda fındıq, fıstıq yeyilsə, qanda şəkərin miqdarı normallaşacaq.
Xurma da şirniyyatların hazırlanmasında şəkər əvəzinə istifadə edilir. Gün ərzində 5-6 ədəd xurma yemək şəkərə olan ehtiyacı ödəyir.
Darçın – güclü ədviyyatdır. İnsulinin səviyyəsini qısa müddətdə normaya salır, onun sayəsində şəkər qəbul etmək ehtiyacı ödənmiş olur. Mütəxəssislər darçından çox istifadə etməyi məsləhət görür. İstər üyüdülmüş, istərsə də çubuq formasında - üyüdülməmiş darçın olsun, hər ikisi xeyirdir. Toz halında darçını qəhvəyə, çaya, südə əlavə etmək, üyüdülməmiş darçın, 1-2 ədəd mixək (qərənfil) və bir neçə dilim alma əlavə edilərək dəmlənmiş çay gün ərzində orqanizmin şəkər ehtiyacını ödəyəcək ən təbii vasitədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə