Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib 


Slovakiya Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Boris Kolları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.