SON DƏQİQƏ! Çin ilə razılaşmamız tamamlandı - Tramp
13:51 11.06.2025
Gündəm
420
ABŞ Prezidenti Donald Tramp, Çin ilə aparılan iqtisadi razılaşmanın tamamlandığını elan edib. Razılaşmanın nadir torpaq elementləri və tələbə mübadiləsi kimi sahələri əhatə etdiyi bildirilib.
Sherg.az xəbər verir ki, Tramp açıqlamasında, ABŞ-nin Çin mallarına ümumilikdə 55 faiz, Çin tərəfinin isə 10 faiz gömrük tarifi tətbiq edəcəyini qeyd edib.
Tramp bu barədə Truth Social hesabından paylaşım edərək, Çin ilə razılaşmanın əldə olunduğunu, sənədin həm özünün, həm də Çin lideri Şi Tszinpinin yekun təsdiqinə ehtiyacı olduğunu bildirib.
Tramp qeyd edib ki, Çin, ABŞ üçün vacib olan bütün nadir torpaq elementlərinin təminatını verəcək. O, əlavə olaraq bildirib:
“Eyni şəkildə, universitetlərimizdə təhsil alan Çinli tələbələr də daxil olmaqla razılaşdırdığımız bütün məsələləri biz də Çinə təmin edəcəyik (bu, mənim üçün hər zaman yaxşı nəticələr verib!). Ümumilikdə 55 faiz tarif tətbiq edirik, Çin isə 10 faiz. Münasibətlər mükəmməldir! Marağınız üçün təşəkkürlər!”
Ticarət gərginliyi və razılaşmaya gedən yol
ABŞ Prezidenti Tramp, 2 aprel tarixində Çin də daxil olmaqla bir sıra ticarət tərəfdaşlarına əlavə gömrük vergiləri tətbiq edəcəyini açıqlamışdı. Çin də qarşılıq olaraq ABŞ mallarına vergi tətbiq etmiş, nəticədə ABŞ vergiləri 145 faizə, Çin isə 125 faizə qədər artırmışdı.
Artan gərginlik fonunda ABŞ və Çin rəsmiləri 10-11 may tarixlərində İsveçrənin Cenevrə şəhərində görüşərək qarşılıqlı tarifləri 90 gün müddətinə azaltmaq barədə razılaşmışdılar. 14 maydan etibarən, ABŞ tarifləri 145 faizdən 30 faizə, Çin isə 125 faizdən 10 faizə endirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya