SON DƏQİQƏ : Putin şərtlə  taxıl sazişinə qayıdacaq

Putinlə prezident Ərdoğan arasında telefon danışığı olub

Kreml Rusiya prezidenti Vladimir Putinlə prezident Ərdoğan arasında telefon danışığı olduğunu açıqlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Qara dəniz taxıl sazişi ilə bağlı mövqeyini təkrarlayan Putin, Rusiyanın şərtlərinə əməl edildikdən sonra Ukrayna taxılının dəniz yolu ilə ixracına icazə verən sazişə qayıtmağa hazır olduğunu açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını bildirib.

Turan