- Əlbəttə, bu, çox təqdirəlayiq qərardır. Mən də çox sevindim. Şəki təkcə Xan Sarayı, şəhərin mərkəzi ilə deyil, bütövlükdə bir muzeydir. Onu qorumaq lazımdır. Amma təəssüf ki, Şəki də getdikcə müasirləşirdi. Tariximizi itirmək təhlükəsi yaranırdı. Dünyada elə məşhur şəhərlər var ki, onların qorunması vacib vəzifəyə çevrilib, Şəki də qorunması vacib olan şəhərlərdəndir. Şəki mədəniyyətini yeniləşdirmək olmaz. Amma, bu, baş verirdi. Bir faktı deyim ki, Stalin Şəkidə olmuşdu və şəhərin gözəlliyini, tarixiliyini görüb ona toxunmamaqla bağlı şifahi tapşırıq vermişdi. Bu o deməkdir ki, xalqlara qan udduran Stalin hətta Şəkinin gözəlliyi qarşısında təslim olmuşdu.D.Əzimli bildirdi ki, Şəkinin bundan sonra qorunması cəmiyyət kimi özümüzdən asılı olacaq:- Bizdən çox şey asılıdır, məmurlardan çox şey asılıdır. Hər işi dövlətin üzərinə qoymaq olmaz. Hamımız başa düşməliyik ki, tariximizi qorumaq həm də bir namus məsələsidir. Millətin tarixini satmaq olmaz. Bu gün 5 manat artıq gəlir əldə ediləcək deyə, tarixi abidələrə biganəlik, onların dağılmasına, uçulmasına rəvac verəcək işlərə yol verilməməlidir. Tarixin hər bir daşı, hər bir kərpici toxunulmazdır. Mən Şəki Xan Sarayında olmuşam, inanın, ona baxmaqdan doymaq olmur. Necə sənətkarlar işləyib, necə ustalar tiki bonu?!. O rəngləri necə əldə ediblər. Şəki Xan Sarayı yandırıldıqdan sonra onun bərpasında çalışan ustalar həmin rəngləri artıq əldə edə bilməyiblər. Şəki Xan Sarayı belə bir unikal abidədir. Şəki Xan Sarayının Ümumdunya İrs Siyahısına daxil edilməsi çox sevindirici qərardır, amma bu qərarın sonrakı taleyi, Şəkinin necə qorunacağı artıq özümüzdən asılı olacaq. Çox güman ki, ermənilər bu qərara manne olmağa çalışıb. Bu, Azərbaycanın böyük qələbəsidir və mən hamımızı bu münasibətlə təbrik edirəm. Məlahət Rzayeva
"...Stalin hətta Şəkinin gözəlliyi qarşısında təslim olmuşdu" - Tarixçi alim Dilavər Əzimli
10:53 08.07.2019
Gündəm
1346
Şəki Xan sarayı və şəhərin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı. Qərar UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul edilib və bununla da Şəki Xan sarayı və şəhərin tarixi mərkəzi İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub. İki gündür ki, bu əlamətdar qərar ölkəmizdə əsl bayram – əhval-ruhiyyəsi yaradıb. Təbii ki, qərarın qəbulunda Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti danılmazdır. Ziyalılar da bu qərarı alqışlayır. «Şərq»ə danışan tarixçi alim Dilavər Əzimli bildirdi ki, belə bir qərarın qəbulu onu çox sevindirib:
- Əlbəttə, bu, çox təqdirəlayiq qərardır. Mən də çox sevindim. Şəki təkcə Xan Sarayı, şəhərin mərkəzi ilə deyil, bütövlükdə bir muzeydir. Onu qorumaq lazımdır. Amma təəssüf ki, Şəki də getdikcə müasirləşirdi. Tariximizi itirmək təhlükəsi yaranırdı. Dünyada elə məşhur şəhərlər var ki, onların qorunması vacib vəzifəyə çevrilib, Şəki də qorunması vacib olan şəhərlərdəndir. Şəki mədəniyyətini yeniləşdirmək olmaz. Amma, bu, baş verirdi. Bir faktı deyim ki, Stalin Şəkidə olmuşdu və şəhərin gözəlliyini, tarixiliyini görüb ona toxunmamaqla bağlı şifahi tapşırıq vermişdi. Bu o deməkdir ki, xalqlara qan udduran Stalin hətta Şəkinin gözəlliyi qarşısında təslim olmuşdu.D.Əzimli bildirdi ki, Şəkinin bundan sonra qorunması cəmiyyət kimi özümüzdən asılı olacaq:- Bizdən çox şey asılıdır, məmurlardan çox şey asılıdır. Hər işi dövlətin üzərinə qoymaq olmaz. Hamımız başa düşməliyik ki, tariximizi qorumaq həm də bir namus məsələsidir. Millətin tarixini satmaq olmaz. Bu gün 5 manat artıq gəlir əldə ediləcək deyə, tarixi abidələrə biganəlik, onların dağılmasına, uçulmasına rəvac verəcək işlərə yol verilməməlidir. Tarixin hər bir daşı, hər bir kərpici toxunulmazdır. Mən Şəki Xan Sarayında olmuşam, inanın, ona baxmaqdan doymaq olmur. Necə sənətkarlar işləyib, necə ustalar tiki bonu?!. O rəngləri necə əldə ediblər. Şəki Xan Sarayı yandırıldıqdan sonra onun bərpasında çalışan ustalar həmin rəngləri artıq əldə edə bilməyiblər. Şəki Xan Sarayı belə bir unikal abidədir. Şəki Xan Sarayının Ümumdunya İrs Siyahısına daxil edilməsi çox sevindirici qərardır, amma bu qərarın sonrakı taleyi, Şəkinin necə qorunacağı artıq özümüzdən asılı olacaq. Çox güman ki, ermənilər bu qərara manne olmağa çalışıb. Bu, Azərbaycanın böyük qələbəsidir və mən hamımızı bu münasibətlə təbrik edirəm. Məlahət Rzayeva
- Əlbəttə, bu, çox təqdirəlayiq qərardır. Mən də çox sevindim. Şəki təkcə Xan Sarayı, şəhərin mərkəzi ilə deyil, bütövlükdə bir muzeydir. Onu qorumaq lazımdır. Amma təəssüf ki, Şəki də getdikcə müasirləşirdi. Tariximizi itirmək təhlükəsi yaranırdı. Dünyada elə məşhur şəhərlər var ki, onların qorunması vacib vəzifəyə çevrilib, Şəki də qorunması vacib olan şəhərlərdəndir. Şəki mədəniyyətini yeniləşdirmək olmaz. Amma, bu, baş verirdi. Bir faktı deyim ki, Stalin Şəkidə olmuşdu və şəhərin gözəlliyini, tarixiliyini görüb ona toxunmamaqla bağlı şifahi tapşırıq vermişdi. Bu o deməkdir ki, xalqlara qan udduran Stalin hətta Şəkinin gözəlliyi qarşısında təslim olmuşdu.D.Əzimli bildirdi ki, Şəkinin bundan sonra qorunması cəmiyyət kimi özümüzdən asılı olacaq:- Bizdən çox şey asılıdır, məmurlardan çox şey asılıdır. Hər işi dövlətin üzərinə qoymaq olmaz. Hamımız başa düşməliyik ki, tariximizi qorumaq həm də bir namus məsələsidir. Millətin tarixini satmaq olmaz. Bu gün 5 manat artıq gəlir əldə ediləcək deyə, tarixi abidələrə biganəlik, onların dağılmasına, uçulmasına rəvac verəcək işlərə yol verilməməlidir. Tarixin hər bir daşı, hər bir kərpici toxunulmazdır. Mən Şəki Xan Sarayında olmuşam, inanın, ona baxmaqdan doymaq olmur. Necə sənətkarlar işləyib, necə ustalar tiki bonu?!. O rəngləri necə əldə ediblər. Şəki Xan Sarayı yandırıldıqdan sonra onun bərpasında çalışan ustalar həmin rəngləri artıq əldə edə bilməyiblər. Şəki Xan Sarayı belə bir unikal abidədir. Şəki Xan Sarayının Ümumdunya İrs Siyahısına daxil edilməsi çox sevindirici qərardır, amma bu qərarın sonrakı taleyi, Şəkinin necə qorunacağı artıq özümüzdən asılı olacaq. Çox güman ki, ermənilər bu qərara manne olmağa çalışıb. Bu, Azərbaycanın böyük qələbəsidir və mən hamımızı bu münasibətlə təbrik edirəm. Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya