Şuşa və Füzuli istiqamətlərində fortifikasiya qurğularının quraşdırılmasının qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə “Sherg.az”a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.