Şuşaya turist kimi gedən varmı?
Yusif Nəzərli
07:51 13.07.2023
Gündəm
344
Bu il martın 18-dən Azərbaycanda yerli turistlərin Şuşa şəhərinə səfərlərinin reallaşdırılmasına başlanılıb.
2 və 3 günlük turlarda Şuşada hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar bir gün gecələmə ilə 215 manata, 3 günlük turlar isə iki gün gecələmə ilə 370 manata başa gəlir.
Layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
Bəs Şuşaya turist kimi gedən varmı?
Bu məsələdə Dövlət Turizm Agentliyinin tərəfdaşı olan “Summer Tour Azerbaijan” şirkətində deyirlər ki, indiyə qədər Şuşa şəhərinə 15 turizm məqsədli səfər təşkil edilib, 696 turistin səfəri baş tutub.
“Səfərdə yalnız 18 yaşdan yuxarı ölkə vətəndaşları iştirak edə bilər. İnsanlar əraziyə yalnız tur üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsində daxil ola bilər. Alınmış icazə yalnız cari tur və onun tarixləri üçün keçərli olur. Növbəti tura yenidən icazə alınması üçün müraciət edilir.
Səfərlərdə iştirak edən bələdçi və sürücülər xüsusi təlimlərdən keçiblər. Subagentlərin istifadəsinə verilmiş Şuşa üçün xüsusi yaradılmış veb səhifəyə maarifləndirici videolar, qadağalar və davranış qaydaları yüklənib.
Vətəndaşlarımız ümumilikdə işğaldan azad olunan bütün əraziləri görməyi, səfər etməyi arzulayırlar”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm