Bundan sonra münasibətlər daha dərin qatlara işləyəcək
Terror cəhdinin izi ilə...
06:53 13.07.2023
Gündəm
305
İsrailin müdafiə naziri Azərbaycana gəlir
Bundan sonra münasibətlər daha dərin qatlara işləyəcək
Bundan sonra münasibətlər daha dərin qatlara işləyəcək
İsrailin müdafiə naziri Yoav Qallant Azərbaycana rəsmi səfər edəcək. İyulun 14-dək davam edəcək səfər çərçivəsində Y.Qallant Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları Komandanı, general Elçin Quliyev və təhlükəsizlik xidmətlərinin digər yüksəkvəzifəli şəxsləri ilə görüşəcək. Qeyd olunub ki, səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir. Görüşlər zamanı israilli nazirin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir. Yoav Qallantın Azərbaycana səfərinin indiki məqamda baş tutması diqqət çəkir. Məsələ ondadır ki, 10 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşını saxladığını açıqladı. Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq terror aktı törətməyi planlaşdırması müəyyən edildi. DTX-nin məlumatında qeyd olundu ki, adıçəkilən əcnəbi şəxs üçüncü dövlətin ölkəmizdəki səfirliyinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, DTX saxlanılan şəxsin hansı ölkədən gəldiyini və konkret hansı səfirliyin hədəfdə olduğunu açıqlamayıb. Ekspertin sözlərinə görə, bununla belə, izlər həmin şəxsin İrandan ölkəmizə keçdiyini, terror törətmək istədiyini, hədəfin isə İsrail səfirliyi olduğunu göstərir: "DTX-nin yaydığı videoda şəxsin saxlanıldığı ərazi, habelə ələ keçirilən dəftərdə qeyd edilən obyektlərin yeri və s. hücumun İsrail səfirliyinə ediləcəyini deməyə əsas verir.
İsrail mediasında da bu istiqamətdə ardıcıl yazılar tirajlanır. Hadisədən iki gün sonra İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər etməsi də bu baxımdan diqqət çəkir. Düzdür, müdafiə nazirinin səfəri birbaşa bu hadisə ilə bağlı olmaya bilər, lakin səfər zamanı keçiriləcək görüşlərdə məsələ mütləq müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, bir müddət öncə Pakistan vətəndaşı İsrailin Yunanıstandakı nümayəndəliyinə hücuma cəhd etmiş, lakin o da buna nail ola bilməmişdi".
Müsahibimizin fikrincə, İsrail müdafiə nazirinin ölkəmizə səfərinin digər diqqətçəkən məqamı həm Ermənistan-Azərbaycan şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təxribatların intensivləşməsidir: "Rəsmi Bakı bir müddət öncə “Qisas-2” əməliyyatı ilə qarşı tərəfə gözdağı verdi. Qarşıdan Brüssel görüşü gəlir. Bununla paralel olaraq rəsmi Bakı “Qisas-3” və antiterror əməliyyatlarının da anonsunu verir. Mümkündür ki, Brüssel görüşü də Vaşinqton və Kişineu görüşləri kimi nəticəsiz olarsa, Bakı daha adekvat tədbirlər görsün. Bütün bunların fonunda Yoav Qallantın Azərbaycana səfərini həm Təl-Əvivin Bakıya dəstəyi, həm də mövcud vəziyyətin dəyərləndirilməsi kimi qiymətləndirmək olar. Qallantın görüşəcəyi şəxslər arasında müdafiə naziri və DSX rəisinin də olması bunu deməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə