Tezliklə separatçıların məsələsi birdəfəlik həll olunacaq
Yusif Nəzərli
11:09 12.07.2023
Gündəm
304
Azər Niftiyev: "Beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət Azərbaycanın xeyrinə dəyişir"
Qarabağdakı ermənilərin bir qrupu, o cümlədən separatçıların “antiböhran şurasının sədri” Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri Lentsovla görüşüb. “Hraparak” nəşri məlumat yayıb ki, görüş çox gərgin şəraitdə keçib. Lentsov deyib ki, Laçın dəhlizindəki vəziyyətə görə rus sülhməramlılardan daha çox, Ermənistan Baş naziri Nikol Paşinyan məsuliyyət daşıyır. Onun sözlərinə görə, məhz Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərindən sonra Laçın yolu bağlanıb. Lentsov həmçinin siyasi qərarlar qəbul etmək hüququ olmadığını, yalnız əmrləri icra etdiklərini bildirib və “ictimai fəalları” yola salıb. Daha sonra separatçıların “deputatları” da Lentsovla görüşüb, onlara da eyni sözlər deyilib və heç bir kömək edə bilməyəcəkləri bildirilib. Qeyd edilib ki, bundan sonra sülhməramlı kontingentin qərargahı önündə aksiya keçirmək təklifi irəli sürülüb. Lakin yada salınıb ki, iki gün əvvəl belə bir təşəbbüs iflasa uğrayıb, çünki təyin edilən aksiyaya heç 30 nəfər də gəlməyib.
Politoloq Azər Niftiyev "Sherg.az"a açıqlamasında bildirib ki, 30 il ərzində, yəni torpaqlarımız işğaldan azad edilənədək Azərbaycana qarşı diskriminasiya siyasəti yürüdülüb.
Ekspertin sözlərinə görə, həm Rusiya, həm də Qərb dairələri, dünya gücləri Azərbaycan torpaqlarının işğala məruz qalmasına, rayonlarımızın vəhşicəsinə talanmasına, vandalizmə məruz qalmasına, xalqımıza qarşı həyata keçirilmiş soyqırım siyasətinə göz yumublar:
"Ancaq Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi, güclü iradəsi və düşünülmüş siyasəti nəticəsində 30 ildən sonra torpaqlarımızı Ordumuzun gücü hesabına işğalçılardan təmizlədik. Bu, çox mühüm proses olmaqla yanaşı, regionda yeni reallıqların yaranması demək idi. Ermənistan nə qədər qəbul etməsə də, cığallıqdan vaz keçməsə də, bölgədə qalib, diktə edən və üstün tərəf Azərbaycandır. Artıq Rusiya və Ermənistan da anlayır ki, regionda mütləq rəsmi Bakı ilə hesablaşmalıdırlar. Rusiya sülhməramlı kontingentinin rəhbəri A.Lentsovun onunla görüşə gələn separatçılara dolayı yolla demək istədiyi də budur. Digər məqam isə odur ki, hazırda Rusiya da gərgin dövrünü yaşayır. Rusiya-Ukrayna müharibəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yaxın gələcəkdə müharibənin yaratdığı gərginliyin Rusiya daxilinə daha güclü sirayət edəcəyi ehtimalı böyükdür. Belə şəraitdə Moskvanın qonşu dövlətlərlə, sıx əməkdaşlıq etdiyi Azərbaycanla münasibətləri üç-beş erməni qulduruna görə korlaması ağlabatan deyil. Bəzən seçim qarşısında qalan Kreml rəsmi Bakıya üstünlük verməyə məcbur qalır".
Analitikin fikrincə, Nikol Paşinyan vaxtı ilə onu hakimiyyətə gətirmiş siyasətçilərin, Qərb dairələrinin Cənubi Qafqaz regionu ilə bağlı təlimatlarını icra etməklə məşğuldur:
"Ancaq məğlub Paşinyanın Azərbaycanı nəyəsə sövq etməsi, hansısa məsələdə güzəştə məcbur qoyması qeyri-mümkündür. Xatırlayırsızsa, Fransa Prezidenti E.Makron zaman-zaman Azərbaycan Prezidentinə təzyiq göstərməyə çalışdığını, ancaq rəsmi Bakını yolundan döndərə bilmədiyini etiraf etdi. Makronun bacarmadığını onun ruporu Paşinyan bacara bilərmi?!".
A.Niftiyev Qarabağdakı separatçı probleminin də tez zamanda müsbət həllini tapacağını söyləyib:
"Qarabağ iqtisadi rayonunu yaratdığımız kimi tezliklə bölgədəki digər problemlər də həll olunacaq. Dünyada və regionda baş verən geostrateji hadisələr, beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət Azərbaycanın xeyrinə dəyişir. Bu da hadisələrə daha nikbin yanaşmağımıza səbəbiyyət verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm