Tramp: ABŞ İrana çox güclü zərbələr endirəcək

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı "çox güclü zərbələr" endirəcəyini bəyan edib.

Sherg.az xəbər verir ki, Tramp ABŞ-ın məqsədinin qalib gəlmək olduğunu bildirib. O, eyni zamanda İranın müəyyən hərbi potensialını qoruyub saxladığını etiraf edib.

Qeyd edək ki, ABŞ və İran arasında iyul ayında atəşkəs pozulduqdan sonra tərəflər qarşılıqlı hərbi zərbələr endiriblər. Buna baxmayaraq, bölgədə gərginlik hələ də davam edir.