Tramp: Hörmüz boğazındakı bütün minalar zərərsizləşdirilib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının beynəlxalq sularında yerləşdirilən bütün minaların ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Sherg.az-ın məlumatına görə, Tramp bildirib ki, İran tərəfindən yeni mina yerləşdirəcəyi təqdirdə bunu edən hər hansı gəmi və ya qayığın “dərhal və sistemli şəkildə məhv ediləcəyini” deyib. O, ABŞ-ın boğazı kosmik qüvvələr vasitəsilə yaxından izlədiyini və mina döşənməsinə qarşı “sıfır tolerantlıq” siyasətinin tətbiq olunduğunu vurğulayıb.