Tramp İranla danışıqların telefonla davam etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların telefon vasitəsilə davam etdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə danışan Tramp qeyd edib ki, artıq hər sənəd üçün uzunmüddətli səfərlərə ehtiyac qalmayıb və müzakirələr uzaqdan aparılır. Bununla belə, o, üzbəüz görüşlərə üstünlük verdiyini və mümkün razılaşmanın İranın nüvə silahı əldə etmək məqsədindən tam imtina etməsindən asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 8-də əldə olunan atəşkəsdən sonra aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra ABŞ İrana qarşı dəniz blokadası tətbiq edib. Tərəflər arasında son dövrlərdə dənizdə qarşılıqlı müdaxilələr və gərginlik halları da müşahidə olunur.