İranla müharibə tezliklə bitəcək.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
Tramp müharibənin özünün istədiyi vaxt bitəcəyini bildirib.
ABŞ Prezidenti qeyd edib ki, İranda “faktiki olaraq hədəf alınacaq bir şey qalmayıb”.
“Bu müharibə əla gedir. Biz cədvəldən xeyli irəlidəyik”, - Tramp qeyd edib.
O, endirilən zərbələrin İrana gözləniləndən daha çox ziyan vurduğunu iddia edib.