Tramp Kamala Harrisin yenidən ABŞ prezidentliyinə namizəd göstərilməsini təklif edib

ABŞ Prezidenti Donald Tramp 2024-cü il seçkilərində məğlub etdiyi Demokratlar Partiyasının namizədi Kamala Harrisin yenidən prezidentliyə namizəd göstərilməsini təklif edib.

APA xəbər verir ki, Nassau dairəsində polis akademiyasında çıxış edən Tramp istehza ilə Harrisin sabiq prezident Co Baydenin administrasiyasında vitse-prezident kimi sərhəd nəzarətinə cavabdeh olduğunu, lakin sərhədə heç vaxt getmədiyini və Gömrük və Sərhəd Mühafizəsi Xidməti ilə əlaqə saxlamadığını bildirib.

“Əla namizəd idi. Düşünürəm ki, onlar onu yenidən namizəd göstərməlidirlər”, – Tramp deyib.